Yuxarı

Prodüserin qətlindən qabaq – Açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda prodüserin qətli ilə bağlı yeni nüanslar var.

Axar.az-ın əldə etdiyi məlumata görə, öldürülən Hamlet Cahangirov müğənni Səidə Sultandan qabaq ifaçı "Elit-star" Cəmilənin də prodüseri olub. Lakin onların arasında mübahisə yaranıb və ayrılıblar.

Hətta bu haqda Hamletin açıqlaması da olub. "Özümü onunla reklam etmək istəmirəm. Müğənni Cəmilə açıqlama verib, lakin haqqımda yalan sözlər danışıb. Deyir ki, o, milli mətbuat günündə təşkil etdiyim konsert proqramına özü qatılmayıb. Ancaq bu, belə deyil. Mən onu özüm buraxmamışam. Çünki o, jurnalistlərə qarşı hörmətsizlik edib. Tədbir başlamazdan öncə keçirilən mətbuat konfransında "mən 6 jurnalistin qarşısına çıxmaram" dedi", - prodüser bildirib.

H.Cahangirov əlavə edib ki, əgər iş bacarmırdımsa, niyə onunla iş birliyinə imza atırdı: "Bir də ki, mənim necə iş bacardığımı uzun müddət çalışdığım müğənnilər deyə bilərlər. Məsələn, Zöhrə Abdullayeva, Mətanət Əsədova, Zeynəb Dostəliyeva, Səidə Dadaşova, Rahidə Baxışova. Amma Cəmilə özünə reklam qazanmaq istəyir və adımdan istifadə edir".

Səidə Sultan isə Publika.az-a qətllə balı açıqlamasında müğənni prodüserinin borclu olması ilə bağlı fakta diqqət çəkib: "Borcu olub. Bir qıza 8 min manat borcu var idi. Həmin pulu ödəyə bilmirdi. Məbləğin yarısını vermişdi, yarısı qalmışdı. Qız da onu divara dirəyirdi ki, pulumu ödə. Qız da pula görə polisə müraciət etmişdi. Onun qətli nədirsə, başqa bir şeydir".

Onu da deyək ki, qətlə yetirilən şəxs homoseksual olub. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib.

Tarix
2015.05.09 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla