Yuxarı

Berlin Festivalında xüsusi azərbaycanlı – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktyor və rejissor Elvin Adıgözəl 52-ci Berlin Festivalında xüsusi qonaq kimi iştirak edir.

Axar.az xəbər verir ki, aktyor 1951-ci ildən bu günə qədər keçirilən ənənəvi Berlin Festivalı daxilində 52-ci dəfə təşkil edilən "Theatertreffen" festivalına Azərbaycandan dəvət olunan yeganə aktyor və rejissordur.

Elvin Adıgözəl əməkdaşımızla söhbətində Berlin Teatr Festivalının Almaniyada çox önəmli və fərqli festival olduğunu vurğulayıb:

"Qonaq kimi nümayiş olunmaq üçün seçilmiş 10 tamaşadan 6-sına baxacağam. Hələlik "Cənab R niyə havalandı?" ("Why does herr R. run amok?), "III Riçard", "Ərə getməyən qadın" tamaşalarına baxmışam. Bundan sonra Bekketin "Godonu gözləmək" tamaşasına baxacam. Hər gün müxtəlif teatr sənətçiləri ilə görüşürəm. Müasir incəsənətin teatr dünyasındakı yeri, müasir teatr, klassik əsərlərin quruluşu, fərqli səhnə oyunları barədə konfranslarda iştirak edirəm. Bu mənim üçün böyük təcrübədir, çünki məhz bu festivalda müasir və eksperimental quruluşlu tamaşalar göstərilir. Bu tamaşalar alman teatrlarının səhnələşdirdiyi oyunlardır. Amma hər bir tamaşa böyük büdcəli və fərqli səhnə quruluşuna sahibdir. Çox təəssüf ki, mənim Azərbaycanda dövlət teatrlarında tamaşa qurmaq imkanım hələ ki yoxdur. Çünki mən heç bir teatrda işləmirəm və heç bir teatra da dəvət almamışam. Amma düşünürəm ki, Azərbaycandakı teatr rejissorları mütləq müasir teatr festivallarına getməli və tamaşaları seyr etməlidir. Hazırda Azərbaycanda istedadlı teatr sənətçiləri var. Sadəcə, tamaşaçı artıq hər yerdə səmimi, yeni və fərqli quruluşda olan səhnə əsərləri görmək istəyir".

Xatırladaq ki, gənc rejissor Elvin Adıgözəlin Ru Həsənovla birgə çəkdiyi "Buqələmun" filmi 66-cı "Locarno Film Festivalı"nda iştirak edib. "Locarno Film Festivalı" "A" kateqoriyalı (ən nüfuzlu) festivallar sırasına daxildir. Kann, Venesiya, Berlin film festivalları da bu kateqoriyaya aid edilir.

Tarix
2015.05.07 / 15:53
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla