Yuxarı

“Arvadımın Səfəvilərə aid cehizini satdım…”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı"nın icraçı direktoru Yaşar Seyidov 2000-ci ildə xanımının cehiz gətirdiyi xalçanı satmalı olub.

Axar.az yazır ki, o dövrdə indiki paytaxt klubunun xələfi olan "Dinamo"nun ölkə çempionatında iştirakı naminə üzvlük haqqını ödəmək lazım idi. Y.Seyidov da cehiz xalçanı satmaq məcburiyyətində qalıb. İllər sonra həmin xalçanı geri qaytarmaq üçün Seyidov Xalçaçılıq Muzeyinə üz tutub. Ona deyiblər ki, heç 500 min avro qarşılığında da onu geri ala bilməz.

"Futbol+" qəzetinə danışan Y.Seyidovun sözlərinə görə, həmin illərdə nəinki xalçanı, komandanın yaşaması üçün "Nərimanov" metrosunun yanında olan 3 otaqlı mənzilini də satıb:

"Həmin evi bu gün yenidən almaq istədikdə məndən 200 min dollar istədilər. O ki qaldı xalça məsələsinə, həmin hadisə 2000-ci ildə yaşanıb. "Dinamo"nun çətin vaxtları idi. Komanda pulsuzluqdan əziyyət çəkirdi. Çempionatın startına az qalırdı. Amma üzvlük haqqı ödəməmişdik. Bu problemi aradan qaldırmaq üçün qayınanamın həyat yoldaşıma verdiyi cehizliyi - qədim tarixə malik xalçanı satmaq qərarına gəldim. Açığı, bu ideyanı mənə xanımım verdi. O görürdü ki, "Dinamo"nun taleyilə bağlı necə iztirab keçirirəm", - deyə "Bakı" rəsmisi deyib.

Seyidov əlavə edib ki, mütəxəssislər xalçaya baxıb 20 min manat veriblər:

"Həmin pulla həm "Dinamo", həm də həmin ərəfədə birinci dəstədə çıxış edən Lənkəran "Şilavar"ı üçün üzvlük haqqı ödədim. 10 min manat "Dinamo", 7 min manat "Şilavar" üçün AFFA-nın hesabına pul köçürdüm. Həmin vaxt "Şilavar"da olan insanların bəzisi indi "Xəzər Lənkəran"da çalışır. İstəsəz, onlardan da soruşa bilərsiz. "Şilavar"a kömək etməyi isə məndən millət vəkili Fazil Mustafa xahiş etmişdi. Fazil bəy onda deputat deyildi. Aramızda dostluq münasibəti var idi. Onunla tez-tez Səttarxan adına zavodun stadionunda bir komandanın tərkibində futbol oynayırdıq".

İcraçı direktor bildirib ki, həmin xalça 14-cü əsrin əl işləməsidi, Səfəvilərin dövrünə aid edilir:

"Yoldaşımın ulu babalarından biri Şeyx Şamilin müridlərindən olub. Xalçanı da o əldə edib. Həmin nəslin nümayəndələri Qusar yaxınlığında "Qanlı dərə" deyilən yerdə ermənilərə qarşı da vuruşublar. Xalçanı satmağım qohum-əqrəba arasında da söz-söhbətə səbəb oldu. Çünki çoxlarının o xalçada gözü var idi. Çox istərdim ki, həmin xalçanı yenidən geri qaytarım və nəsildən-nəslə ötürüm".

Tarix
2015.04.29 / 00:50
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla