Yuxarı

"İctimai iştirakçılıq haqqında" fərman imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İctimai iştirakçılıq haqqında" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq, fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ictimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnaməni müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanunun 19-cu maddəsinə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla müəyyən edilir ki "İctimai iştirakçılıq haqqında" qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin qanunun 6.1-ci maddəsinin birinci cümləsində və 19-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməməlidir; qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin qanunun qüvvəyə minmə tarixi nəzərə alınmalıdır. (Trend)

Tarix
2014.01.16 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla