Yuxarı

At-eşşəyin siyasi söhbəti

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axır ki, bir at, bir eşşək və bir canavarı razı salıb Xaçmaz rayonundakı Qımılqışlaq kənd meşəsindəki dərəyə toplaya bildim. Fikrim son günlər gündəmdə olan məsələlərin qaranlıq tərəflərinə aydınlıq gətirmək idi.

Məsələdən agah olan kimi Canavar and-aman elədi ki, bu at-eşşək məsələsindən nə onun, nə də qohum-əqrəbasının xəbəri var. Bu onlara qara yaxmaqdan başqa bir şey deyil. Bizim adımız-sanımız var, parçalayıb yediyimiz mal-heyvanın qalıqlarını saxlayırıq ki, əlsiz-ayaqsızlar – çaqqallar, tülkülər, goreşənlər və sairləri də qidalana bilsin. Daha başını, ayağını kəsib ətini aparmırıq.

Etirafından aydın oldu ki, son vaxtlar onlar diş qurdalmağa heç nə tapa bilmirlər. Əgər fürsət düşsəydi, nəinki at-eşşək, lap qoyun-quzu, inək-camış da parçalayıb yeyərdilər. Amma belə fürsət ələ düşməyib.

Atla Eşşəyin fikri də maraqlı idi. Hər ikisi zərərçəkəndi.

"Kimdən şübhələnirsiz?" - soruşdum.

Eşşək bir ağız anqırıb boğazını arıtladı və başladı:

- Bütün eşşəklərin adından deyirəm ki, bizim Canavardan heç bir şikayətimiz yoxdur. Araşdırma aparılır, inşallah, əsl günahkar tapılar və bizim də qanımız yerdə qalmaz. Məni Eşşək olaraq narahat edən Cəbhə və Müsavat qarşıdumasıdır. Niyə bu dostlar bir-biri ilə yola getmir? Niyə bir–birinin palanının içini açıb tökürlər? Hələ utanmaz-utanmaz özlərinə mənim adımı qoyurlar. "Eşşəklik eləmə". Bu mənəvi terror bizi daha çox narahat edir.

Bu məqamda at elə kişnədi ki, Eşşək dik atıldı:

- Eşşək qardaş düz deyir, Cəbhədə atəşkəs pozulub, o atır, bu cavab atəşi ilə susdurur...

Canavar:

- Məsəl var, deyərlər, çaqqal var gödən yırtır, qurdun adı bədnamdır. İndi baxıram ki, bir Milli Şuranın zadını bölə bilməyənlər başlayıblar gödən yırtmağa. Bir dəli şeytan deyir...

Eşşək qulaqlarını dikəltdi:

- Canavar qardaş, lətifəsi sizdən uzaq, onlar Yalquzaq kimi ağız-ağıza veriblər.

Canavar:

- Ay Eşşək, dedim axı, bizim adımız çıxıb. Onları bizimlə müqayisə eləmə, biz öz nəslimizi parçalamırıq. Öz nəslini yeyənlər bilirsən kimdir?

At:

- Canavara iradım var. Eşşək palçığa bir dəfə girər, ikinci dəfə girərsə, demək, o hansısa partiyanın üzvüdür. Vəziyyət Qımılqışlaq meşəsindən də acınacaqlıdır. Bu deyir ki, sənin nalını çıxarıb başına çalaram, o biri də deyir ki, sənin quşqununu dağıdaram. Nəyi bölə bilmirlər?

Canavar:

- Əlbəttə ki, iki eşşəyin arpasını.

Eşşək:

- Bizim arpamızı bölmək lazım deyil, imkan versələr, biz öz arpamızı özümüz yeyə bilərik.

Axır ki, bezdim və mövzudan uzaqlaşdıqlarına görə onların səsini aldım...

Tarix
2014.01.16 / 14:51
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla