Yuxarı

Səfirlik nümayəndələri Müdafiə Nazirliyinə çağırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.

Axar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyin Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən helikopterinin vurulması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan tərəfinin dəfələrlə Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimizi pozanlara qarşı Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.

Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Eyni zamanda vurğulanıb ki, helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Tarix
2014.11.13 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla