Yuxarı

Nazim İbrahimovun qardaşı beynəlxalq şirkətə şərik oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan Teleradio Şirkətinin (ATV) sabiq prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov Azərbaycan da daxil olmaqla 29 ölkədə fəaliyyət göstərəcək yeni biznes fəaliyyətinə başlayıb.

Bu barədə Publika.az-a eksklüziv açıqlama verən T.İbrahimov bildirib ki, dünyada informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində məşhur olan və 2004-cü ildə yaradılmış Avstraliyanın "bCODE" şirkətinin bundan sonra 29 ölkədə açılacaq ofislərində 50 faiz paya sahib olacaq:

"Şirkətin Türkiyə nümayəndəliyinin rəhbəri mənəm, Azərbaycan nümayəndəliyinin rəhbəri isə Emrecan Ergin olacaq. Bilirsiniz ki, dünyada məşhur olan "bCODE" şirkəti İKT sahəsində kifayət qədər işlər görüb. Bu işlərdən biri də "bCODE" mobil idarəetmə sistemidir. Bu sistemin sayəsində insanlar mobil telefonlarına sms vasitəsilə göndərilən "bCODE"-dan banklarda, metro və avtobuslarda, kinoteatr və konsertlərdə və sairə yerlərdə çox rahatlıqla yararlana biləcəklər. Bu sistemin əsas özəlliyi odur ki, insanların mobil telefonlarına göndərilən sms kodlarını "reader" cihazı ("bCODE" oxuyucusu) təkcə "ağıllı telefonlarda" deyil, həm də digər bütün telefonlarda oxuya biləcək. Sistemin tətbiqi bizim tərəfimizdən ilk dəfə dünyanın ən böyük metro stansiyalarından biri olan Moskva metrosunda reallaşdırılacaq. Bundan əlavə, "bCODE" sistemi Azərbaycanda da ilk dəfə bizim tərəfimizdən həyata keçiriləcək. Bununla bağlı hazırda Azərbaycanın mobil operator şirkətləri ilə danışıqlar gedir. Yəqin ki, biz yaxın aylarda bu fəaliyyətə başlayacağıq".

Tarix
2014.11.11 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla