Yuxarı

“Mozalan” min manat mükafat verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mozalan" kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir.

Axar.az xəbər verir ki, müsabiqənin məqsədi kino jurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxartmaq və onlarla əməkdaşlıq etməkdir.

Müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gülməli əhvalatlar görüb, onları gülməli ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər. Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.

Ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmur. Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən ad və soyad göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir. İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

Müsabiqəyə təqdim olunan işlər [email protected] elektron ünvanına və ya "Mozalan" studiyasının ünvanına göndərilir: Moskva pr.1, AZ1012, Bakı şəhəri. Əlaqə telefonları: +994 125301341

Qeyd edək ki, qaliblərin adları 2015-ci il yanvarın 15-dək www.azerbaijanfilm.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq.

Tarix
2014.11.08 / 23:18
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla