Yuxarı

Qızıl qatılmış şərab satışına başlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dubayda (BƏƏ) 24 karatlıq yeyilə bilən qızıl əlavə edilmiş zərli şərabın satışına başlanılıb.

Axar.az xəbər verir ki, içkinin istehsalçısı ölkəyə delikateslərin gətirilməsində ixtisaslaşmış Lootah Premium Foods şirkətidir. Qeyd edilir ki, şərabın tərkibində alkoqol yoxdur.

Qızılı içkiyə ona parıltılıq vermək üçün əlavə ediblər. Şərabın hazırlanması üçün istifadə edilən üzüm İspaniyanın La-Mança üzümlüklərindən gətirilib. Şərabın dəyəri hələ ki dəqiqləşdirilməyib.

İstehsalçı şirkətin baş direktoru Tony Kollenin sözlərinə görə, "qızıl" şərabı daha çox toy mərasimləri, ad günləri və bayramlar üçün alırlar.

Məlumat üçün qeyd edək ki, Lootah Premium Foods Qətər biznesmeni Abdulla Nasserin şirkətlər qrupunun tərkibinə daxildir. Firma BƏƏ-yə orqanik meyvə və tərəvəzlərin, ət delikateslərinin, içki və dəniz məhsullarının gətirilməsi ilə məşğuldur.

Tarix
2014.09.02 / 01:50
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla