Yuxarı

80 yaşlı kişi qəzada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 80 yaşlı kişi qəzada ölüb. ANS PRESS-in məlumatına görə, yol qəzası Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində baş verib.

Belə ki, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "NİSSAN" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHn-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər T.M.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix
2014.08.29 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla