Yuxarı

"Qarabağ"ı vəhhabilər dəstəkləyir..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın özünün və adının Avropa Liqasında yer alması Azərbaycan adına ciddi uğurdur".

Axar.az xəbər verir ki, bu sözləri Fazil Mustafa ötən gün "Qarabağ" futbol klubunun "Tvente" komandası ilə 1:1 bərabərliklə AL qrup mərhələsinə yüksəlməsinə münasibət bildirərkən qeyd edib. Millət vəkili bildirib ki, futbolda yaxşı oyundan daha çox, nizam-intizam və tərbiyəyə ciddi əhəmiyyət verir:

"Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı, turu keçə bilərdi. Hətta uduzanda rəqibə qarşı daha çox tərbiyəli davranmalısan. "Qarabağ" futbolçularının alicənablığını və intizamlı davranışını xüsusilə qeyd etməliyəm. Məhz bu amil fədakar oynayan komandanın güclü bir Hollandiya komandasınının Avropa Liqasına gedən yolunu kəsdi. Bir şeyi də qeyd edim ki, kimlərsə bir neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə edərək belə bir informasiya yayırdı ki, "Qarabağ"ı vəhhabilər dəstəkləyir. Sadəcə, bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdir sabit uğurunu, insanlarımıza gətirdiyi sevinc anlarını kölgələmək üçün belə ucuz, sifarişli variantlardan istifadə edirlər. Kimsə stadionda araq içəcək, dərhal yazacaqsınız ki, filan komandanı alkoqoliklər dəstəkləyir? Bu qədər paxıllıq duyğusu daşımaq doğru deyil. Komandada kimlərsə inanclı insanlardır deyə, dərhal yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış hərəkətlərdir.

Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə "Qarabağ" bir çoxlarını utandıracaq. Kaş ki, oyunlarını da Qarabağda keçirib, o bölgənin insanlarının da xoş ovqat qazanmasına töfhə verərdi.

Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi heyətini, bütün futbolçularını təbrik edirəm".

Tarix
2014.08.29 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla