Yuxarı

Həkim bir ailəni məhv etdi - Oqtay Şirəliyevə müraciət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin rəsmi saytında Oqtay Şirəliyev sərt tənqid olunub.

AzNews.az xəbər verir ki, nazirliyin saytının şikayət bölməsində Nadir Lalayev adlı nazirə müraciət ünvanlayaraq onu bir sıra məsələlərdə suçlayıb. Müraciətdən bəlli olur ki, həkimlərin səhlənkarlığı və özbaşınalığı nəticəsində şikayətçinin ailəsində faciə yaşanıb.

Müraciətdə deyilir: "Hörmətli nazir, 20-ci müraciətimi edirəm sizə. Sizin göstərişinizə əməkdaşlarınız laqeyd yanaşdılar və nəticədə qızımı vəziyyətinə uyğun aparatlarla təchiz olunmayan, bazar qanunları ilə işləyən doğum evinə yerləşdirdilər. Lazimi müalicə aparılmadı və nəticədə həkimlərin bağışlanmaz səhlənkarlığından qızım xəstəxanada öldü. Üç gün sonra faciəyə dözməyən nənəsi vəfat etdi. Məsuliyyətsizlik və laqeydlik həyat yoldaşımın və digər körpələrin həyatını təhlükədə qoyub. Qızımın müalicəsilə əlaqədar xəstəxanadan arayış ala bilmirik. Qızımın ölüm səbəbini araşdıran komissiyada əksəriyyət doğum evlərini bazara çevirən, iyrənc hərəkətləri ilə səhiyyəni nüfuzdan salan həkimlərdən təşkil olunub. Rəyi mənə vermək onların borcudur, lakin 50 dəfədən çox müraciət etsəm də, ala bilmirəm. İnsanlıq hissiyyatlarını itiriblər, ailəmizdə baş verən faciəni dərk etmirlər. Sizin göstərişinizlə 02.04.2014-cü il də Y.Babayevin qəbulunda oldum, amma rəyi yenə vermədilər".

Şikayətçi onu da deyib ki, Y.Babayevə zəng edirəm cavab verir ki, Nazirin göstərişini gözləyirik: "Amma biz hələdə 2 ay yarımdan çoxdur gözləyirik. Xahiş edirəm mənə rəyin və arayışın verilməsi üçün ciddi göstəriş verəsiniz..."

Tarix
2014.08.22 / 15:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla