Yuxarı

İvanovka susuzluqdan yanır - Açıqlama/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllının məşhur İvanovka kəndi susuz qalıb.

Axar.az yerli sakinlərə istinadən xəbər verir ki, kəndə köhnə boru xətti ilə normal su gəlirdi.

İndi nə köhnə, nə də ötən il çəkilən yeni su xəttindən kəndin su təchizatını təmin etmək mümkündür.

Yeni su xəttinin çəkilməsi üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən birinci dəfə 4 milyon, ikinci dəfə 3,8 milyon manat vəsait ayrılıb. Kəndin su maşınları, yanğınsöndürən maşınları kolxozçulara su verirlər. Mal-heyvanı suvarmaq, digər işlərini görmək üçün su qıtlığı çətinliklər yaradır.

"Nikitin" kolxozunun sədri Nikolay Dubrovin Axar.az-a məlumatı təsdiqləyərək əlavə etdi ki, bu problem həmişə olub: "Son illər daha çox əziyyət çəkirik. Maşınlarla su gətirməkdən təngə gəlmişik. Ancaq kəndi su ilə təmin etmək üçün əlimizdən gələni edirik".

Kolxoz sədri söylədi ki, bu il quraqlıq olduğu üçün vəziyyət daha pis olub:

"Gün ərzində kəndə 4 maşınla su gətiririk ki, suvarmada istifadə edək, camaata da verək. Bulaqlardan pulsuz istifadə etsək də, çox vaxt suyu pulla alırıq".

Tarix
2014.08.22 / 14:03
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla