Yuxarı

“Bütün gecəmiz-gündüzümüz buna həsr olunub”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın aparıcı xəbər saytlarından olan "Qafqazinfo"nun fəaliyyətə başlamasından 4 il ötür.

Saytın əməkdaşları Axar.az-a verdikləri açıqlamada 4 il ərzində qazandığı uğurlar və gələcək planlar barədə fikirlərini bölüşdülər.

Baş direktor Elbrus Ərud 4 il ərzində çox sınaqlardan keçdiklərini, amma hamısından üzü ağ, alnıaçıq çıxdıqlarını bildirdi. "Qafqazinfo"nun Azərbaycanda azad medianın göstəricilərindən biri olduğunu deyən baş direktor xəbər saytlarının daha da çox olmasını arzuladığını, bununla da rəqabət şəraitində fəaliyyət göstərmək istədiklərini dedi:

"Saytımız nəinki Azərbaycan, eləcə də Qafqazda özünəməxsus yeri və reytinqi olan saytlardandır. Bütün gecə-gündüzümüzü ancaq saytın inkişaf etməsinə, cəmiyyətə balanslı xəbər çatdırmağa həsr edirik".

Redaktor Elnur Məmmədli bildirdi ki, bu illər ərzində kifayət qədər fəal və peşəkar bir yol keçiblər. Bu yolda çoxsaylı çətinliklərlə qarşılaşdıqlarını, lakin başladıqları yolu davam etdirməkdə israrlı olduqlarını deyən redaktor əlavə etdi ki, əsas uğurlardan biri də neytral mövqeyi qoruyub saxlamaqdır.

Saytın xəbər direktoru Günel Əbilova da saytla bağlı təəssüratlarını bizimlə bölüşdü:

"Bura mənə ailəm qədər, bəlkə də ailəmdən də yaxındır. Ən böyük məqsədim saytın inkişaf etdirilməsinə və reytinqinin artmasına xidmət etməkdir. Ən böyük uğurlarımızdan biri də kollektivin öz işinə ürəkdən bağlı olmasıdır".

Axar.az olaraq həmkarlarımızı təbrik edir, daha böyük uğur və sağlam rəqabət arzulayırıq.

Tarix
2014.08.16 / 15:21
Müəllif
Elnur Məmmədov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla