Yuxarı

Ziya Məmmədov qəzalarla bağlı toplantı çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-cü ilin 6 ayı ərzində ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin (avtobus, yük) iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azalıb. 2013-cü ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 10,4 faiz, yaralıların sayı isə 21,9 faiz azalıb".

Bunu modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.

O qeyd edib ki, bu gün nazirliyin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin toplantısı keçirilib. Ötən gün Bakıda baş vermiş məlum avtobus qəzasından sonra təşkil olunan toplantıda sahibkarlar, daşıyıcıların fiziki-hüquqi şəxsləri və bu işə məsul qurumlar, "Bakısərnişinnəqliyyatı" MMC-nin əməkdaşları da iştirak ediblər.

N.Həsənovun sözlərinə görə, toplantıda araşdırmaların nəticəsi müzakirə olunub: "Məlum olub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Dövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb.

Onun sözlərinə görə, hazırda Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən bir neçə istiqamətdə iş aparılır. Bunlardan biri də sürücü bazasının təşkil olunmasıdır. Belə ki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar. Onlar barədə məlumatlar toplanılacaq və müvafiq qurumlar tərəfindən təhlil ediləcək. Onların yerinə yeni sürücü bazası hazırlanır. Onlar işə başlamamışdan təlim keçəcəklər.

Tarix
2014.08.15 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla