Yuxarı

“18+” filmin yaradıcısı çəkilişlərdən danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin ən çox səbirsizliklə gözlənilən ekran əsərinin – Ceymi Dornan və Dakota Consonun baş rollarda olacaqları erotik "Bozun 50 çaları" filminin ssenari müəllifi Kelli Marsel The Writer's Room tok-şousunda aparıcının – İran əsilli yazıçı Rza Aslanın "hiyləgər" suallarına cavab verməli olub. Təbiidir ki, cazib səhnələrin mühakiməəsindən də yan keçilməyib.

Axar.az xəbər verir ki, "18+" kateqoriyasından olan səhnələrin romanın səhifələrindən ssenariyə köçürməyin nə dərəcədə çətin olması ilə bağlı suala Kelli cavab verib ki, məsələ doğrudan da mürəkkəb idi: "Mən sadəcə, "məhəbbətlə məşğul olurdular" yaza bilməzdim. Hər bir səhnəni maksimal əyani, inandırıcı və müfəssəl təsvir etməli idim. Ən maraqlısı isə odur ki, bu səhnələri 12 nəfərin iştirakı ilə işləməli oluruq. Etiraf edim ki, bu məni bir qədər utandırır".

Söhbət aktyor işinin üzərinə gələndə Marsel bildirdi ki, baş qəhrəman, xüsusi özəllikləri olan milyarderi oynayan Ceymi Dornan, şübhəsiz, bu rola görə Oskara layiqdir. Eyni zamanda, həm qəddar, həm də zərif olmağı bu aktyor məharətlə bacarır.

Nə etməli, bizə yalnız böyük səbirsizliklə filmin ekranlara çıxacağı tarixi – 13 fevral 2015-ci ili gözləmək qalır.

Tarix
2014.08.15 / 08:30
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla