Yuxarı

Ərdoğan daşların yerini dəyişir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son günlər ən çox dartışılan qonulardan biri Ərdoğanın Çankayaya çıxmasından sonra nə olacağıdır.

Mən də bu istiqamətdə müəyyən müşahidələrimi və ehtimallarımı paylaşmaq istəyirəm. Ərdoğan AK partiyanın sözsüz tək və xarizmatik lideridir. Onun yerinə kim gəlirsə gəlsin, onun duruşunda olmayacaq. Gülün yenidən siyasətə dönmə istəyini açıqlamasını əslində mən sürpriz kimi qəbul etmirəm. Böyük ehtimalla bu, hələ Gülün yenidən namizəd olub-olmayacağına dair müzakirələr zamanı razılaşdırılmış gedişdir. Məhz bu dönüşə görə onun yenidən namizəd olmamağı razılaşdırılıb.

27 avqustda partiyanın qurultayına qərar verilməsi də məncə, öncədən planlaşdırılıb. Gül Çankayadan enmədən və Ərdoğan Çankayaya çıxmadan partiyanın rəhbəri seçilməli idi. Daha doğrusu, Ərdoğan yerinə birinin keçməsi məsələsini həll etməli idi. Ayrıca, partiyada daşların yerində olması üçün bu şəxs millət vəkili olmalı, eyni zamanda, Baş nazir postunu da tutub, partiyaya hakim durumda olmalıdır. Gül millət vəkili olmadığı üçün bu, mümkün deyildi.

Amma düşünürəm ki, Gül projesi 2015 iyun seçkisindən sonra reallaşacaq. Ərdoğan əslində son 8-10 aylıq bir müvəqqəti Başkan və Başbakan müəyyən edəcək. Bu arada 2015 seçkilərində AK partiya səslərində ərimə olsa, bunu həmin şəxsin baçarıqsızlığı kimi təqdim edib, Gülü həm Partiyanın başına, həm hökumətin başına gətirəcəklər. Gül Türkiyənin xarici siyasətinə, AB ilə ilişkilərinə pozitiv təsir göstərə bilər, həm də daxili siyasətdə uzlaşmaçı bir yapıya sahib olduğundan AK partiyanın əriməsini önləyə bilər. Onun AK partiya içərisində də reytinqi pis deyil. Ayrıca, Ərdoğanla heç vaxt tərs düşməyib. Arınçla müqayisədə Gül Ərdoğana daha uyumlu bir liderdir.

Beləliklə, mənim düşüncəmə görə, 2015-2019 Türkiyəsində Ərdoğan prezident, Gül Baş nazir olaraq davam edəcək.

27 avqusta dönsək: mən Arıncın əmanətçiliyi qəbul etməyəcəyini və Ərdoğanın belə bir addım atmayacağını düşünənlərdənəm. Davudoğlunun da partiya rəhbəri olacaq reytinqdə olmadığını düşünürəm. O, meydanlarda mitinqlər aparan bir lider olmaqdan çox, akademik bir yönəticidir. Babacanın liderlik tərəfi yoxdur və partiyada ağır topları idarə etməsi çətin olar. Ayrıca, gənc birinə Ərdoğanın Başbakanlık verməsini düşünə bilmirəm. Gənc olmaq - iddialı olmaq deməkdir. Ərdoğan öz iddiasının icraçısını önə çıxaracaq. Bu baxımdan Binali Yıldırım daha çox ağla batır.

Tarix
2014.08.14 / 12:22
Müəllif
Ələsgər Məmmədli
Şərhlər
Digər xəbərlər

Eynulla Fətullayev, yorğanı yandırma...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla