Yuxarı

Avropa Parlamentində yeni qanunlar qəbul edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasının ikinci günündə güzəştli müqavilələr, balın etiketlənməsi, əcnəbi şirkətlərin Aİ ictimai sektoru ilə birgə fəaliyyəti və sair kimi məsələlərlə bağlı qanunlar müzakirə edilib və qəbul olunub.

İctimai sektor və güzəştli müqavilələr

İctimai sektor və güzəştli müqavilələrlə bağlı yeni direktiv birinci oxunuşdan qəbul olundu. Bu direktiv ictimai sektorda müqavilələrin imzalanması zamanı keyfiyyət və qiymətə nail olmağa imkan verəcək, sosial və ekoloji məsələlər nəzərə alınacaq.

Qeyd edək ki, ictimai sektor Aİ-nin ÜDM-sinin 18 faizini təşkil edir. Direktivin əsasında "vahid Avropa ictimai sektor sənədi" təsis olunacaq ki, bu da, inzibati formallıqları 80 faizədək azaltmağa imkan verəcək. Avropa Komissiyası belə qənaətə gəlib.

Bununla yanaşı, direktivdə ictimai sektorun özəlləşdirilməsinə yol açan bəndlər yoxdur.

Əcnəbi şirkətlərin Aİ ictimai sektoruna girişi

İctimai sektorla bağlı qəbul olunmuş digər qanunverici akt isə qeyri-Aİ ölkələrindən olan şirkətlərin Aİ ictimai sektorunda yüksək qiymətli müqavilələrə sahib olmasını əngəlləmək məqsədi daşıyır. Bu qaydalar yalnız Aİ şirkətlərinə bu imkanı verməyən ölkələrin şirkətlərinə tətbiq olunacaq. Məruzəçi, avroparlamentari Daniel Kasparinin dediyinə görə, məqsəd Avropa ictimai sektorunu əcnəbi şirkətlərə bağlamaq deyil, digər ölkələri Avropa şirkətlərinə açılmağa həvəsləndirməkdir.

Qeyd edək ki, söhbət yalnız 5 milyon avro və daha çox dəyəri olan müqavilələrdən gedir. Avropa Komissiyasının hesablamalarına görə, Avropa ictimai sektorunun 85 faizi əcnəbilərin üzünə açıqdır. ABŞ-da bu rəqəm 32, Yaponiyada isə 28 faizdir.

Balın etiketlənməsi

Parlament tərəfindən qəbul olunan digər maraqlı qanun layihəsi bal məhsulunun etiket qaydalarının tənzimlənməsi ilə bağlıdır. Yeni qaydaya görə, genetik cəhətdən modifikasiya olunmuş tozlar balın 0.9 faizindən çoxunu təşkil edirsə, bu etiketdə qeyd olunmalıdır. Qanun layihəsi tozun balın təbii tərkibi olması təklifini rədd edib və onu qatqı kimi qələmə verib. Bu isə Avropa İttifaqı Ədalət Məhkəməsinin 2011-ci ildə çıxardığı qərara ziddir.

Vəhşi təbiətə qarşı cinayətlər

Avroparlamentarilər vəhşi təbiətə qarşı edilmiş cinayətlərlə bağlı cəzaların sərtləşdirilməsini tələb edən qətnamə qəbul ediblər. Avropa fil dişi, kərgədan buynuzu, pələng dərisi və sair kimi məhsulların satışı üçün əlverişli bazar olduğundan avroparlamentarilər bu fenomenlə mübarizənin aparıcı qüvvəsinin də Avropa olduğu qənaətindədirlər. Onların fikrincə, bu məsələ ticarət müqavilələrinin müzakirəsi zamanı başlıca meyarlardan olmalıdır.

Takiqraf

Parlament sürücülərin istirahət və iş vaxtını hesablayan aparatın, takiqrafın texniki özəllikləri ilə bağlı Nazirlər Şurasının təklifləri ilə də razılaşıb. ("Eunews.az")

Tarix
2014.01.17 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla