Yuxarı

TQDK-dan SAT imtahanı – Azərbaycanda ilk dəfə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanı keçirəcək.

Qurumdan Axar.az-a verilən məlumata görə, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır. İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul imkanı verir.

Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib. İmtahanın keçirilməsi və məzmunun müəyyənləşdirilməsi səlahiyyətləri College Board təşkilatına məxsusdur.

TQDK SAT imtahanını keçirmək səlahiyyətini 2014-cü ildə əldə edib.

İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur.

Tarix
2015.01.21 / 19:10
Müəllif
Təranə Səfərova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla