Yuxarı

İran tarixində ilk dəfə İraqa silah satdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran tarixində ilk dəfədir ki, İraqla silah satışı müqaviləsinə imza atıb.

"Axar.az"ın "Röyter"agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran müttəfiqi Maliki hökumətinə 160 miyon dollarlıq silah satacaq.

İrak ordusunun İrandan əsasən tank və hava top mərmiləri alacağı bildirilir. Xatırladaq ki, silah bazarlığı üçün ABŞ–a üz tutan Maliki əliboş qayıdıb və nəticədə İrana müraciət etmək məcburiyyətində qalıb.

"Röyter"in məlumatına görə, İraq Baş nazirinin sözçüsü Əli Musəvi imzalanan müqaviləni nə təkzib, nə təsdiq etsə də, ölkəsinin hazırkı vəziyyətində bu istiqamətdə atılan addımları normal sayıb. Musəvi bildirib ki, terrorla mübarizə aparırlar və mübarizədən qalib ayrılmaq istəyirlər. Odur ki, heç kim Maliki hökumətini qınaya bilməz.

Xatırladaq ki, İran–İraq arasında 1980-1988-ci cillərdə irimiqyaslı müharibə baş vermişdi. Sözügedən anlaşmanı köhnə düşmənlər üçün sensasiya sayırlar.

Bu arada İran yetkililəri yayılan xəbərləri təkzib ediblər.

Qeyd edək ki, "Röyter" xəbəri Amerikadakı mənbəsinə istinadən yayıb.

Tarix
2014.02.25 / 16:24
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla