Yuxarı

Sabir Rüstəmxanlı: “Hər imkanlı adama bir dağ bağışlayaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin 25 fevral iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Müzakirələrdə danışan deputat Sabir Rüstəmxanlı deyib: "Xəzər sahillərinin bir sıra adamlar tərəfindən işğalına şərait yaratmışıq. Nabrandan Astara sahillərinə qədər sahil işğal olunub. Kimlərin işğal etdiyi bilinmir. Bir də görürsən 200-300 metr uzunluğunda hasar çəkilib. Burdan çıxırsan, Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı vəzifəsi yüksək olar, bu o demək deyil ki, bu imkandan istifadə edib millətin dənizini zəbt etməlidir. Hasar da çəkir ki, orda nə iş aparıldığı görünməsin.

İştahaları bu qədər güclüdürsə, Qobustan qayalıqları boşdur, hər imkanlı adama bir dağ bağışlayaq, gedib orda nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər, dəniz millətin olmalıdır".

Tarix
2014.02.25 / 14:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla