Yuxarı

İqbal Ağazadə həmkarının addımını eybəcərlik adlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Ceyhun Osmanlının jurnalist Xədicə İsmayıl barəsində Baş Prokurorluğa təqdim etdiyi səs yazısı məsələsinə İqbal Ağazadə də münasibət bildirib.

"Axar.az" xəbər verir ki, millət vəkili İqbal Ağazadə deputatın kiminsə gizlicə səsini yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması kimi qələmə verib və bunu deputata yaraşmayan eybəcərlik adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında şəxsin gizlicə audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur və buna görə deputata cinayət işi açılmalıdır: "Xüsusilə də deputatın bu işlə məşğul olması ayrıca çirkinlikdir. Hesab edirəm ki, həmkarım Ceyhun Osmanlı burada bir açıqlama verməlidir. Ya da təkzib etsin bu rüsvayçılığı! Əgər o bunu edibsə, bu fakt Konstitusiyanın kobud şəkildə pozulmasına əsasən cinayət məsuliyyəti yaradır və deputat məsuliyyətə cəlb olunmalıdır".

Millət vəkilinin bu fikirlərinə cavab olaraq spiker Oqtay Əsədov bildirib:

"İqbal Ağazadə, siz sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib? Yoxdursa, o zaman belə əsassız danışmayın".

Millət vəkili Fəzail Ağamalı isə əksinə, Ceyhun Osmalının düzgün hərəkət etdiyini bildirib:

"Ceyhun Osmanlı jurnalistin şəxsi həyatına müdaxilə etməyib, onun evində video çəkməyib, sevgi məcaralarının audiosunu aparmayıb. Azərbaycan dövləti üçün əhəmiyyətli olan danışığın şahidi olub. Səs yazısını yazıb, düz edib. Hər bir Azərbaycan vətəndaşı onun kimi hərəkət etməlidir".

Oqtay Əsədov isə millə vəkillərinə bir daha iradını bildirib: "Siz qəzetlərdə debat aparmısınız. Bunu Xocalı soyqırımı günündə parlamentə gətirməyin".

Tarix
2014.02.25 / 13:34
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla