Yuxarı

Spikerdən Fərəc Quliyevə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirilən Milli Məclisin plenar iclasında Ukraynada son zamanlar baş verən hadisələrə münasibət bildirilib.

"Axar.az" xəbər verir ki, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Milli Məclisdə Ukraynada baş verən proseslərdən danışıb və deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir.

Onun fikrincə, Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: "Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir".

Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis adından Ukrayna dövlətinin müstəqilliyinin bir daha tanınması və oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda mövqe ifadə etsin.

Spiker Oqtay Əsədov isə bu fikirlərə etiraz olaraq deyib ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb: "İndi orda yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq".

Tarix
2014.02.25 / 13:38
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla