Yuxarı

Xədicə İsmayılın səs yazısı parlamentdə müzakirə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında jurnalist Xədicə İsmayıl barəsində deputat Ceyhun Osmanlının Baş Prokurorluğa təqdim etdiyi səs yazısı məsələsi qaldırılıb.

"Axar.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, çıxış edən deputat İqbal Ağazadə deputatın kiminsə səsini gizli yazmasını Azərbaycan Konstitusiyasının kobud şəkildə pozulması olduğunu bildirib və bunu deputata yaraşmayan hərəkət adlandırıb.

İ. Ağazadə qeyd edib ki, Azərbaycan Konstitusiyasında şəxsin gizli audio, video yazısının aparılması qəti şəkildə qadağan olunur: "Xüsusilə də deputatın bu işlə məşğul olması qəbuledilməzdir. Həmkarım Osmanlı bu barədə bizə açıqlama verməlidir".

Spiker Oqtay Əsədovun İ. Ağazadəyə cavabı sərt olub: "İqbal Ağazadə, Sizin sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib? Yoxdursa, o zaman belə əsassız danışmayın".

Tarix
2014.02.25 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla