Yuxarı

İcra başçısının obyektini kim partladıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 13-də "Azadlıq prospekti" stansiyası yaxınlığında yerləşən yarımçıq tikili qəsdən partladılıbmış.

"Axar.az"ın məlumatına görə, Alı Qocayevin Binəqədi rayon icra başçısı olarkən tikməyə başladığı və sonradan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikintisi yarımçıq saxlanılan bina artıq başqa şəxsə satılırmış. "Alğı-satqı prosesi üçün beh də ödənilibmiş. Ancaq beh ödənilən günün səhərisi bina partladılıb", - mənbə qeyd edir.

Qaz sızması istisna olunur

Yarımçıq tikilinin qaz sızmasından partlamasını istisna edən səbəblərdən biri kimi 4 mərtəbəli binanın yerlə-bir olması, tamam dağılması göstərilir. Digər səbəb kimi isə əvvəlcədən ehtimal olunan qaz sızması versiyasının özünü doğrultmamasıdır.

"Tikilidə baş verən partlayışa qaz sızmasının səbəb olması mümkün deyil".

"Axar.az"a açıqlamasında "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev qeyd etdi ki, tikilinin altından keçən qaz xətti istismardan çoxdan çıxarılıb: "İstismardan çıxarılmış qaz xəttində necə partlayış ola bilər ki? İlkin ehtimal qaz sızması olsa da, araşdırma göstərdi ki, səbəb bu deyil. Mütəxəssislər işləyir orda. Yəqin ki, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi partlayışın əsl səbəbi barədə mətbuata açıqlama verəcək".

Binanı kim partladıb və nə üçün?

Bu sual hazırda hamını düşündürür. Çünki Alı Qocayevə məxsus binanın satılma ərəfəsində hansı səbəbdən partladılması, o cümlədən Azərbaycan kimi kriminal baxımdan sabit ölkədə bunun necə gerçəkləşməsi maraqlıdır.

Hazırda Samux rayonunun icra başçısı olan Alı Qocayev növbəti dəfə bu barədə hər hansı açıqlama verməkdən imtina etdi. Bakı Şəhər İcra Hakimiyyəti də tikilinin yarımçıq saxlanması səbəbinə aydınlıq gətirməyib.

Xatırladaq ki, hadisə nəticəsində 4-ü qadın və 1-i kişi olmaqla, ümumilikdə 5 nəfər yaralanıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2014.02.25 / 13:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla