Yuxarı

Bu gecə qadın polislə təcili yardımı bir-birinə vurdu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə təxminən saat 23:10-23:45 arası Bakı Şəhər Post Patrul Xidmətinin və Təcili Yardım Stansiyasının işçiləri arasında mübahisə yaşanıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin xəbərinə görə, Təcili Yardıma "Elmlər Akademiyası" metrosundan bir az yuxarıdakı dayanacaqda naməlum bir qadının özündən getməsi haqqında məlumat daxil olub. Lakin hadisə yerinə gələn Təcili Yardım Xidmətində çalışan həkimlər qadının sərxoş olduğunu, bir az sonra öz-özünə ayılacağını əsas gətirərək ona yardım etməkdən imtina edəiblər və qadının kimliyini müəyyənləşdirməsi üçün Bakı Şəhər Post Patrul Xidmətinə zəng vurublar.

Yoldan keçən adamların buna münasibəti isə birmənalı olmayıb. Ərazidən keçərkən dayanacaqda saxlayan 18 nömrəli marşrutdan düşən vətəndaşlarla Təcili Yardım həkimləri arasında mübahisə yaranıb. Vətəndaşlar həkimləri dayanacaqda yıxılaraq betonun üzərində uzanılı halda qalan qadına tibbi yardım göstərməməkdə günahlandırıb. Daha sonra vətəndaşlar qadını yerdən qaldıraraq dayanacaqda olan oturacağın üzərinə uzadıblar.

Bir az sonra hadisə yerinə Bakı Şəhər Post Patrul Xidmətinin əməkdaşları gəlib. 3 nəfər polis əməkdaşının arasında ən gənc olanı qadını tanıyıb. Onun bildirdiyinə görə, adı Zəminə olan xanım əvvəllər yaxınlıqda süpürgəçi işləyib.

Və bu zaman Post Patrul Xidmətinin və Təcili Yardım həkimlərinin arasında mübahisə yaranıb: onlar bir-birlərini qarşılıqlı şəkildə ittiham edərək, qadına yardım etməyin qarşı tərəfin vəzifəsi olduğunu deyiblər.

Bu mübahisədən sonra hər iki tərəf qadını hadisə yerində qoyub uzaqlaşmağa cəhd göstəriblər, lakin bu zaman vətəndaşların təzyiqi ilə geri qayıdaraq qadını istəməyərəkdən Təcili Yardım avtomobilinə yerləşdirərək ərazidən uzaqlaşıblar.

Qadının sonrakı vəziyyəti barədə heç bir məlumat yoxdur.

Tarix
2014.02.25 / 10:36
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla