Yuxarı

Türkiyə cəfəriləri Prezident İlham Əliyevin əmrini gözləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İstanbulda "Zəhra Ana" dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından "Axar.az"-a verilən məlumata görə, əsasən Türkiyə cəfərilərinin iştirakı ilə keçirilən tədbirdə təriqətin lideri Səlahaddin Özgündüz, Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atilla Kaya və Ali Özgündüz, İKGF-nin Aparat rəhbəri Elməddin Mehdiyev və azərbaycanlı millət vəkilləri Elman Məmmədov və Aqil Abbas çıxış ediblər.

E.Mehdiyev tədbirdə çıxış edərək İKGF-in Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsünün Xocalıda baş verənlərə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilməsi, faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılması yönündə fəaliyyətləri və əldə olunan nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırıb.

E.Mehdiyev həmçinin bildirib ki, Xocalı faciəsinin ildönümü günü Türkiyənin fərqli şəhərlərində, o cümlədən Ermənistanla həmsərhəd bölgələrində Qazi Qarabağ azanının səsləndirilməsi nəzərdə tutulub.

Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz türk ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini qeyd edib. Azərbaycanı vətən olaraq gördüklərini qeyd edən S.Özgündüz Qarabağı işğaldan azad etmək üçün 3 milyonluq Türkiyə Cəfərilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmrini gözlədiklərini bildirib.

Tarix
2014.02.25 / 10:29
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi..

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla