Yuxarı

Rusiya Krımda kütləvi şəkildə pasport paylayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın Krım vilayətində kütləvi şəkildə pasport paylamağa hazırlaşır.

"Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Oleq Kryuçkov məlumat yayıb.

"Rusiya Dövlət Dumasının deputatları Simferopolda olublar. Onlara MDB məsələləri üzrə komitənin sədri Leonid Slutskiy rəhbərlik edir. Ruslar Krım deputatları ilə görüş keçiriblər",- deyə jurnalist bildirib.

Jurnalist deputatlar arasında nədən söhbət getdiyini də bildirib: "Rusiya prosedurun asanlaşması üçün pasportlar paylamağa başlayıb. Rusiya Yanukoviçlə müxalifət arasında əldə olunmuş razılaşmaya əməl olunmasını tələb edir. Ən başlıcası, Kreml krımlıların referendum qərarına və yaxud Krımın Rusiyaya birləşmək çağırışına çox tez baxa bilər".

Qeyd edək ki, 2000-ci ilin əvvəllərində Rusiya Abxaziya və Cənubi Osetiyada da kütləvi şəkildə pasportlar paylayırdı. Bu da Tiflislə Moskva arasında münaqişə zamanı, yəni 2008-ci ilin avqustunda Kremlin "rus vətəndaşlarını" qorumaq adı altında Gürcüstan ərazisinə soxulmasına bəhanə vermişdi.

Tarix
2014.02.25 / 09:55
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla