Ana səhifə Planet |
"Türkiyədə 2287 nəfər dinlənilir və bu üzdən həmin şəxslərdən üzr istənilməlidir".
Bu sözləri Türkiyənin Baş nazir müavini Bülənt Arınç deyib.
Nazirlər Kabinetinin iclasında dinləmələrlə bağlı danışan Arınç məsələ ilə bağlı iki nəfərin adının hallandığını və həmin şəxslərin işdən çıxarıldıqdan sonra yerinə gələn prokurorlar tərəfindən dinləmələrin edildiyinin müəyyən olunduğunu deyib.
Bülənt Arınç ABŞ tərəfindən Baş nazir Ərdoğanın dinlənilməsinə də münasibət bildirərək, Baş nazirin dinləmələr ilə bağlı olaraq Obama ilə görüşdüyünü bildirib:
"Türkiyə ilə ABŞ arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olub. Ərdoğanla Obama arasında yaranan soyuqluğun səbəbi Kipr danışıqlarının başlanması, Suriya, Misir və Ukrayna ilə əlaqədar məsələlərdir ki, bununla bağlı olaraq Obama Türkiyəyə güvəndiyini deyib".
Tarix
2014.02.24 / 21:45
|
Müəllif
Pərviz Həsənov
|