Yuxarı

Əhmədlidə dəhşətli yol terroru - ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

VAZ 2107 qadın piyadanı vurub havaya uçurtdu.

Fevralın 24-də axşam saat 19:15 radələrində Bakının Əhmədli qəsəbəsində dəhşətli yolnəqliyyat hadisəsi baş verib. Xətai rayonu, M.Hadi küçəsində VAZ 2107 markalı "Jiquli" yolu qarşı tərəfə keçmək istəyən qadını vurub.

Hadisənin şahidlərinin verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran VAZ 2107 markalı maşın da artıq saxlanıb. Xətai YPX-dan onu da bildirdilər ki, hələlik sürücünün ad-soyadı məlum deyil.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir. ("Musavat.com")

Tarix
2014.02.24 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla