Yuxarı

“Qarabağ problemini həmsədrlər həll etmir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın istəyi də budur ki, Türkiyə bu həmsədrlikdə təmsil olunsun".

Bu sözləri "Axar.az"a ATƏT-in Minsk Qrupu həmsədrliyində Türkiyənin də təmsil olunması məsələsinə münasibət bildirərkən politoloq Şahin Süleymanov dedi.

Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu 20 ildən artıq fəaliyyət göstərsə də, hələ münaqişənin həlli prosesində heç bir irəliləyiş olmayıb. Bir çox ekspertlər və rəsmi Bakı qrupun tərkibinin, dəyişdirilməsini təklif edib. Hətta bir neçə dəfə Minsk Qrupunda yer alan həmsədr dövlətlərin bəzi ölkələrlə əvəzlənməsi də təklif olunub. Onların arasında qurumun tərkibinə Türkiyə daxil olmasını təklif edənlər də var.

Üçlük münaqişənin həllini inhisara alıb

Politoloq Şahin Süleymanov bunun təkcə Azərbaycandan asılı olan məsələ olmadığını bildirdi:

"Bu məsələ zaman-zaman gündəmə gəlib və Azərbaycanın istəyi də budur ki, Türkiyə bu həmsədrlikdə təmsil olunsun. Təəssüf ki, bu, tək bizim istəyimizdən asılı olan məsələ deyil. Fransa, ABŞ və Rusiya münaqişənin həllini inhisara alıb. Məhz buna görə istəklərimiz heç bir nəticə vermir".

Türkiyənin üzvlüyə gətirilməsi isə şayiədir

Politoloq Vəfa Quluzadə isə bu məsələləri şayiə adlandırdı. Onun fikrincə, bu məsələ heç də real deyil: "Mən hesab edirəm ki, Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə daxil etmək məsələnin həlli deyil. İkincisi, Ermənistan buna razılıq verməyəcək və bilirsiniz ki, Ermənistan da Rusiyadan asılıdır. Digər məsələ isə problemin həlli ilə bağlıdır. Problemi həmsədrlər həll etmir. Gördüyünüz kimi, Fransa, ABŞ və Rusiya var və həmin həmsədrlər bu problemi həll edə bilməyib. Türkiyənin üzvlüyə gətirilməsi isə şayiədir və xahiş edirəm şayiələrə inanmayaq".

Tarix
2014.02.24 / 20:15
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla