Yuxarı

İranda həbs edilən 10 yaşlı azərbaycanlı qız azadlığa buraxıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana dilində təhsil tələb etdiyinə görə həbsə alınmış 10 yaşlı azərbaycanlı qız azadlığa buraxılıb.

"Axar.az" APA-ya istinadən verdiyi məlumata görə, Fatimə Məhdəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən fevralın 21-də tutulub.

Həmin gün sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq ETTELAAT əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub. Bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvi və başqa azərbaycanlı fəallar tutulub.

ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir neçə soydaşımız yaralanıb. Belə ki, valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb.

Tarix
2014.02.24 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla