Yuxarı

ARDNŞ-də ixtisarların əsl səbəbi – Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neft hasilatı azalır deyə, işçilərin çoxalması ARDNŞ-yə sərf eləmir".

Bu sözləri "Axar.az"a açılamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı dedi.

O, bildirdi ki, ixtisarlara səbəb məhz neftçilərin sayının həddən artıq olmasıdır. Onun sözlərinə görə, bu halda kadr islahatlarına ehtiyac yaranır:

"Azərbaycanda neft hasilatı getdikcə düşür. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də vəziyyətdən çıxış yolu kimi 7 mindən çox neftçini ixtisar etmək yolunu tutub. Neft hasilatı aşağı düşdüyü təqdirdə işçilərin sayının çoxluğu sərf eləmir. İslahatların səbəbi də məhz bundan ibarətdir.

Neft Şirkətinin ehtiyac olmadığı halda belə, yenə işçi götürməsi, zaman-zaman ixtisarlara zərurət yaradır. İşdən çıxarılanlar arasında işsiz qalanların olub-olmadığını isə hələlik deyə bilmərik. Bunu monitorinq aparandan sonra söyləmək mümkündür. Ancaq hələlik işdən çıxarılanlar arasında məhkəməyə müraciət edən olmayıb".

Qeyd edək ki, ARDNŞ 7222 işçisini ixtisar edib. Onlardan 6418 nəfəri işlə təmin olunub. 533 nəfər ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı ilə əmək haqlarının 5 misli məbləğində müavinət almaqla başqa fəaliyyət sahələrinə keçmək qərarına gəliblər. 108 nəfər "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumları ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının artırılması və məşğulluğunun təmin olunmasına dair Proqrama qoşulub, 163 nəfər isə Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşiblər.

Tarix
2014.02.24 / 18:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla