Ana səhifə Toplum |
Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı faciəsi ilə bağlı Atatürk Mərkəzində keçirdiyi tədbir iştirakı zamanı oturduğu mütəhərrik kreslonun aşması barədə yazılan məlumatlara münasibət bildirib.
"Axar.az" "Publika.az"a istinadən məlumatına əsasən, A.Aslanov
açıqlamasında söyləyib ki, yazılanların bəzisi həqiqəti əks
etdirmir.Tədbir zamanı oturduğu stolun ayağının sındığını
vurğulayan A.Aslanov deyib: "Ancaq mən stoldan yıxılmadım. Stolun
ayağı sınan zaman mən dərhal yanımdakı stoldan tutub dayandım.
Sonra da yeni stol gətirdilər, oturdum. Yerə aşmaq nədir? Hamısı
boş söhbətlərdir. Mən yıxılmamışam. Əgər yıxılsaydım, o zaman
ayağım sınardı, kostyumum da batardı. Allah göstərməsin, o boyda
yerdən adam aşsa, qolu-qıçı qırılar. Mən həmin vaxt yandakı stoldan
əlimi tutub dayandım, sonra da Vaqif adlı bir jurnalist stol
gətirdi, orada oturdum".
A.Aslanov stoldan yıxılmasına artıq çəkili olmasının səbəb olması
ilə bağlı iddialara da cavab verib: "Mən elə də kök deyiləm. Bu cür
əlaqələndirmək doğru deyil. Əslində belə şeylərə görə onun-bunun
gözünə gəlirsən".
Tarix
2014.02.24 / 17:45
|
Müəllif
Axar.az
|