Yuxarı

Köln şəhərində izdihamlı Xocalı mitinqi keçirilib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı "Köln Ev" adlanan yerdə yürüş mitinq keçirilib.

"Axar.az"a verilən xəbərə görə, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan Dərnəyinin başqanı Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər.

Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ məsələsi ilə haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.

Daha sonra isə tədbir çıxışlarla davam etdirilib.

İlk öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib. Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərova verib.

Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib.

Tarix
2014.02.24 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla