Yuxarı

Ordu hadisələrə müdaxilə edə bilər – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə, bir sosial sifariş kimi ordu işə qarışa bilər".

Bu sözləri "Axar.az"a açıqlamasında Ərəstun Oruclu deyib.

O, Timoşenkonun Ukrayna rəhbərliyinə gəlməsinin yaxşı nəticə verməyəcəyini bildirib:

"Müxalifət liderləri razılaşma haqqında danışanda Maydanda onları fitə basdılar. Bundan sonra Maydanın radikallığı daha da artdı. Bu gözlənilən idi və mən bunu yaxşı dəyərləndirmirəm. Buna demokratiya demək istəmirəm. Yuliya Timoşenkonun siyasi keçmişi bəllidir. Məhz Yuşenkonun hakimiyyəti dövründə o, ambisiyaları hesabına hakimiyyəti uduzdu. O da ifrat radikal siyasətçidir. Ən yüksək ehtimalla Maydana nəzarəti o edəcək. Radikal siyasət heç vaxt yaxşı nəticələr verməyib. Ukraynada Maydan nəzarətdən çıxıb. Ölkədə ictimai münasibətlər sistemi pozulub. Artıq ölkədə həmçinin başqa problemlər, xüsusilə də separatçılıq baş qaldırıb. Bunun isə nə ilə bitəcəyini söyləmək çətindir".

Politoloq həmçinin ordunun ölkədə yaranmış vəziyyətə özbaşına müdaxilə etməsinin doğru olmayacağını deyib:

"Müxalifət düşərgəsində ciddi problemlər var və bu Viktoriya Nolandın telefon danışığında da qeyd olunmuşdu. Orada da müxalifət liderləri bir-birinə nifrət edirlər. Bu, ruslar demiş, "bespredel"ə aparan yoldur. Yəni bu Rusiyanın təbliğatı kimi anlaşılmamalıdır, amma belə variantı da nəzərdən qaçırmaq lazım deyil. Hələlik hadisələrə qarışmayan yeganə qüvvə ordudur. Ona da etimad böyükdür. Ölkədə özbaşınalıq həddən artıq çox olanda və insanlar bundan təngə gələndə bir sosial sifariş kimi ordu işə qarışa bilər. Cəmiyyət özü tələb etməlidir ki, ordu işə qarışsın. Əgər başqa cür olsa yəni özbaşına müdaxilə etsə, o zaman xunta, diktatura və sairə yaranacaq. Mən güman eləmirəm ki, ordu hələ ki, situasiyaya müdaxilə edəcək, amma xaosun yaxın günlərdə genişlənəcəyi şübhə doğurmur".

Qeyd edək ki, Ukrayna Prezidenti Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırılıb. Ölkədəki bu vəziyyəti o, dövlət çevrilişi adlandırıb. Hələlik may ayında ölkədə kimin prezident seçiləcəyi ilə bağlı təxminlər çox aşağıdır. Bəzi politoloqlar ölkədəki situasiyanın bu gedişlə xaosa çevriləcəyini və Ukraynanı dünyanın siyasi xəritəsindən silinəcəyi ilə bağlı proqnozlar veriblər.

Tarix
2014.02.24 / 14:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla