Yuxarı

BDU rektorunun FB səhifəsi də saxta çıxdı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Abel Məhərrəmovun adına universitet tərəfindən Feysbuk sosial şəbəkəsində heç bir səhifə açılmayıb. Siz deyən səhifəni kim açıbsa, bunun universitetlə heç bir əlaqəsi yoxdur".

Bu sözləri "Axar.az"a açıqlamasında Bakı Dövlət Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova dedi.

O bildirdi ki, rektor Abel Məhərrəmovun adına açılmış səhifənin adının əvvəl başqa olub, sonradan dəyişdirilməsi də sübut edir ki, bu səhifə ilə universitetin heç bir əlaqəsi yoxdur:

"Rektor Abel Məhərrəmovun adına hər hansı bir səhifə açmaq lazım olsa, bunu sıfırdan özümüz edərik. Romantik məzmunlu hər hansı bir səhifəni alıb adını dəyişməyə ehtiyac yoxdur".

Universitetin mətbuat xidmətinin rəhbəri BDU-da keçiriləcəyi bildirilən aksiyaya da münasibət bildirdi:

"Keçiriləcək aksiya və tələbələrin hər hansı bir tələbi barədə də bir söz deyə bilmərik. Biz icraçı qurumuq. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin qərarlarını icra edirik".

Pərvanə İbrahimova onu bildirdi ki, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib və bu onların apelyasiya şikayətləri ilə bağlı olub:

"Düzdür, universitet rəhbərliyi ilə tələbələrin görüşü keçirilib. Ancaq bu görüş imtahanların nəticələri və 1-2 bal problemi olan tələbələrin apelyasiya şikayəti ilə bağlı olub. Onların şikayəti ilə bağlı universitet rəhbərliyinin qərarı isə müvafiq olaraq fakültələrə göndərilib. Siz deyən məsələ ilə bağlı isə heç bir şey deyə bilmərik. Çünki bizim Təhsil haqqında qanuna hər hansı bir dəyişiklik etmək hüququmuz yoxdur, biz icraçı qurumuq. Təhsil Nazirliyinin və Nazirlər Kabinetinin qərarlarını icra edirik".

Tarix
2014.02.24 / 14:09
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla