Yuxarı

BDU-da keçiriləcək aksiya ilə bağlı iki nəfər saxlanıldı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Bakı Dövlət Universitetində keçirilməsi gözlənilən aksiya ilə bağlı gənc fəal həbs edilib.

Bu barədə "Axar.az" a həbs edilən Ofeliya Abdullayevanın (FB-də - Ofa Rəsuladə) dostları məlumat verdi. Məlumatda onun yaşadığı mənzildən aparıldığı göstərilir.

Aksiyada iştirakı ehtimal olunan xanımın hansı polis bölməsinə aparılması haqqında dəqiq məlumat yoxdur. Tvitterdə həmin xanımın Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilsə də, Nəsimi RPİ-dən idarədən BDU aksiyası ilə bağlı heç kimin saxlanılmadığı bildirildi.

Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılan aksiya ilə bağlı başqa bir nəfər də polisə çağırılıb. BDU-nun tələbəsi Hüseyn Qarasulu yaşadığı ərazi üzrə polis idarəsinə çağırılıb.

Xatırladaq ki, BDU rektoru Abel Məhərrəmov APA-ya müsahibəsində bildirmişdi ki, heç bir tələbə aksiyalarla bağlı həbs edilməyəcək və o şəxsən tələbələrin yanındadır.

Məlumat əldə etdikcə, xəbər yenilənəcək.

12:30

Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Elçinin verdiyi məlumata görə, Ofeliya Abdullayeva artıq sərbəst buraxılıb.

Bu barədə adı çəkilən xanım özünün tvitter səhifəsində yazıb.

Tarix
2014.02.24 / 12:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla