Yuxarı

“Sumqayıt 2 saylı məktəbini bazara çeviriblər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində yerləşən, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilən 2 saylı məktəbdə nə dərs keçən var, nə də ki, məktəbə gələn. Müəllimlərin və şagirdlərin davamiyyəti isə demək olar ki, çox zəifdir. Burada 1-ci sinifdən 11-ci sinfə qədər dərs oxuyan yoxdur, ümumi olaraq şagirdlər repetitorların yanına gedir".

Bu sözləri "Axar.az"a şikayət edən 2 nömrəli məktəbin 10-11-ci sinif şagirdlərinin valideynləri deyib.

"Şagirdlərin dərs cədvəlində 5-6 dərsin olmasına baxmayaraq, hər gün 3-4 dərsdən sonra evə buraxılırlar. Həftənin şənbə günü isə ümumiyyətlə 10-11-ci sinif şagirdləri dərsə gəlmirlər. Valideynlər də məktəbə buraxılmır. Soruşanda deyirlər ki, kamera var".

Adının çəkilməsini istəməyən bir 10-cu sinif şagirdinin dediyinə görə, müəllimlər onları dərsdən geri qaytarıb, repetitorların yanına getməyi məsləhət görüblər. Gözdən-könüldən uzaq ərazidə yerləşən bu məktəbdə qayda-qanuna riayət edənin olmadığı bildirilib. Adlarının çəkilməsini istəməyən 10-cu sinif şagirdləri məktəbin "bazar" olduğunu iddia edirlər.

"Axar.az"ın məktəbə yollanan əməkdaşı şikayətə əsasən həmin məktəbin direktoru Müqabil Abbasov ilə görüşmək istəsə də, direktor yerində tapa bilmədi.

Həmin məktəbin dərs hissə müdiri İlahə müəllimə isə şikayətləri əsassız hesab etdi:

"Bu məktəb Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib. Hansı uşaqlar şikayət edibsə, onların adlarını mütləq öyrənmək istəyərdim. Burada dərs də var, davamiyyət də".

Şagirdlər isə adlarının çəkilməməsini gələcəkdə onlara yaranacaq problemlərdən sığortalanmaq üçün istədiklərini deyiblər.

2 nömrəli məktəbdə oxuyan şagirdlərin valideynləri isə Təhsil Nazirliyinə şikayət edəcəklərini bildiriblər.

Tarix
2014.02.24 / 09:51
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla