Yuxarı

Güləşçilərimiz 7 medalla qayıdır - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri turniri 5 qızıl və 2 bürünc medalla tamamlayıb.

Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.

74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal qazanıb.

Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.

86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisinin kürəyini yerə vurub.

57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün olub.

Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıb. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb.

Olimpiya və Dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb.

Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb ( Trend ).

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.

Tarix
2014.02.23 / 22:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla