Yuxarı

Maydanların bitməyən savaşı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna növbəti dəyişiklik ərəfəsindədi... Günlərdi davam edən aksiyalar Viktor Yanukoviçin impiçmenti, müxtəlif maddələrlə həbsxanaya atılmış keçmiş Baş nazir Yuliya Timoşenkonun azadlığa çıxması və onlarla sadə insanın canı bahasına müxalifətin qalibiyyəti ilə başa çatdı. Sual olunur, nədən təkrar Ukrayna, nə üçün siyasi güclərin savaş məkanı kimi yenə bu ölkə seçildi?

Dnepropetrovsk klanı

Ötən əsrin ortalarından etibarən Sovetlər Birilyində siyasi səhnədə bir aktivlik müşahidə olunmağa başladı. Oktyabr inqilabından sonra aparıcı siyasi fiqurların milli mənsubiyyəti, təmsil etdikləri coğrafi məkanlar proletar şüarları səbəbindən o qədər də nəzərə alınmırdısa, "xalqalar atası" Stalinin vəfatından sonra bu amillərə tədricən diqqət yetirilməyə, dəhlizlərdə siyasi qruplar formalaşmağa başladı. Çox keçmədən iflasa uğrayan məşhur yeni iqtisadi siyasət dalğasının banisi çılğın xarakterli Nikita Xruşşov ilk ukraynakökənli öndə gedən simalardan biri oldu. Həmin dövrlərdən Ukraynada ağır metallurgiya, maşınqayırma, yüksək texnologiyalı hərbi sənaye komplekslərinin inkişafına diqqət yetirilməyə başladı. Ötən əsrin 70-ci illərində isə ukraynaəsillilər Siyasi Büroda dominat fiqurlara çevrilməyə başladılar. Zarafatçıl, şən əhval-ryhiyyəsi ilə ətrafdakıları ovsunlayan - arxa planda isə öz bildiyini edən - "Dneproperovsk klanı" adlanan siyası qrupun əvəzolunmaz siması Leonid Brejnev bu qəbildəndi.

Zaman-zaman sözügedən qrup başqa məkanı təmsil edən nüfuzlu siyası fuqurları da öz tərəfinə çəkməyə müvəffəq oldu. Ukrayna və Belarus kökənlilərin tandeminin məşhur simalarından biri də "Mister no" ləqəbli Andrey Qromıko və Konstantin Çernenko idi.

Bu məqamları sadalamağımızda məqsəd qoyduğumuz suallardan birinə - Ukrayna cəmiyyətinin siyasi aktuallığını zəruri edən amillərə aydınlıq gətirməkdir.

İki Leonid və Yuşşenko

Gələk iki Leonidin - Kravçuk və Kuçmanın dövlət başçısı olduğu dövrə. Hər iki prezidentin Qərb və Rusiya arasında tərəddüdlü siyasi vektoru onların apardığı işlərin həyata keçirilməsində əsaslı problemlər yaratdı. Maraqlı bir vəziyyət yarandı – iqtisadiyyatını dirçəltmək üçün ilkin təməllərin olduğu bir ölkədə əhalinin güzaranı ürəkaçan səviyyədə olmadı. Narazıların sayı günü-gündən artmağa, hökumət əleyhinə şüarlar səslənməyə başladı. Nəticədə Qərbin dəstəklədiyi Viktor Yuşşenko və Yuliya Timoşenko cütlüyü siyasi səhnəyə gəldi.

Dövlət idarəçiliyi sükanı arxasına keçən "Maydan həmkarları" az keçmədi bir-birinin üvanina ittihamlar səsləndirdi, ölkə əhəmiyyətli məsələlərin həllində aralarında fikir ayrılığı yaranmağa başladı. Növbəti seçkilərdə "sərrast" ukraynalılar onlara "yox" dedi. Beləliklə, böyük ümidlər bəslənilən hər iki şəxs yola salındı. Alovlu maydan çıxışlarından əsər-əlamət qalmayan Yuşşenko memuarlarını yazmağa, Timoşenko isə dövlət maraqlarını zərbə altına almaqda suçlu sayılaraq, həbsə atıldı.

Ancaq strateji mahiyyət daşısa da Viktor Yuşşenkonun Krım tatarlarının öz doğma torpaqlarına qayıtması istiqamətində çabaları mütləq təqdir olunmalıdı. Və nəhayət, prezident seçkilərində Viktor Yanukoviçin aşkar qələbəsi…

Yanukoviç və Vilnüs Sammiti

Uzun illər Ukraynanın rusdilli regionu Donbas vilayətinin qubernatoru olmuş Yanukoviç sələflərindən fərqli olaraq, cəsarətli və müstəqil siyasət yürütməyə cəhd etdi. Müəyyən dövrə bu addımlar özünü doğrultsa da, az sonra o da həmkarlarının siyasi vektorunu təkrarlamaq məcburiyyətində qaldı. Bu, daha çox Vilnüs sammitində onun Ukraynanın Avropa ilə əməkdaşlığını nəzərdə tutan assosiativ sənədi imzasını ertələnməsində və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Gömrük İttifaqına üzvlük tələbi qoymasında göstərdi.

Sonra baş verən hadisələr göz önündə.

Yanukoviçin Qərblə Rusiya arasında tərəddüdlü seçim etməsi onun iqtidarını tarixin səhifələrinə atdı. Ukrayna vətəndaşları nə istəyir, nədən narazıdı? Məlumdur ki, əksər Ukrayna vətəndaşı Avropanın müxtəlif ölkələrində işləyir, çalışır və oradakı inkişafı öz gözləri ilə görür. Nəticədə ölkələrində də analoji həyat tərzi sürmək istəyirlər. Avropa İttifaqı vaxtı ilə Polşaya 160 milyard civarında yardım göstərmişdi. Ukraynada da hesab edirlər ki, onların da eyni dəstəkdən yararlanmaq imkanları var. Amma sual olunur, iqtisadi böhranın fonunda Avropa Ukraynaya da eyni yardım göstərmək gücündədirmi?

Qərb qalibdir

Bu arada Rusiya və Qərbin ayrı-ayrılıqda Ukrayna cəmiyyətinə təsiri mexanizmlərini nəzərdən keçırək. Əgər Mixail Qorbaçov yedək siyasətçisi, Boris Yeltsin isə etinasiz "çar" təsiri bağışlayırdısa, prezident Vladimir Putinin beynəlxalq münasibətlərdə, ələlxüsus yaxın qonşulara, o cümlədən də Ukraynaya qarşı sərt ritorikası onun öz əleyhinə işlədi. İndi Ukrayna hadisələrindən kim qalib ayrıldı sualına cavab axtarılsa, birmənalı şəkildə cavab vermək olar ki, yalnız Qərb. Nə üçün Qərb? Ələbaxımlıq baxımdan Qərb bir qədər də Ukraynanı özünə yaxınlaşdırdı. Rusiya isə onusuz da özünə qarşı birmənalı olmayan münasibətləri nifrət həddinə çatdırdı. Jirinovski, Roqozin və digər bu tip odioz, səriştəsiz fiqurlar ruslara qarşı nifrəti apogey həddə çatdırdı.

Təbii ki, bu, Qərbin cızdığı böyük bir planın tərkib hissəsi sayılmaya bilməz. Hazırda "de yure" Ukrayna xəritədə bütöv bir tam şəkilində görünsə də, "de fakto" yuxarıdan aşağı iki cinaha bölünməkdədi. Bunu siyasilərin, cəmiyyətin, "5-ci kanal və "İnter" televiziya kanallarının, hətta 1,8 milyardlıq sərvətə malik Pyotr Poroşenko və "Şaxtyor" futbol klubunun rəhbəri Rinat Axmetovun timsalında da görmək mümkündü. Tərəflər bir-birinə rəqib və düşmən gözündə baxırlar. Əgər birinci Maydan hadisələrində Yuşşenko-Timoşenko cütlüyü ölkə iqtisadiyyatını nisbətən zəif şəkildə təhvil almışdılarsa, Kliçko-Yaçenyuk-Tyaqnebok üçlüyünün viran qalmış, hərc-mərclik içərisində boğulan Ukrayna adlı gəmini sahilə necə aparacaqları sual doğurmaya bilməz.

Bundan başqa, iddialı bir xanımın – Yuliya Timoşenkonun azadlığa çıxdıqdan sonra Ukraynadakı proseslərdə onun rolu məsələsi də altındən xətt cızılasıdır. Hələ həbsxana qapılarını keçməmiş "maraqlı dairələr" tərəfindən "instruktaj" olunan Timoşenko öz niyyətini ortaya qoydu. Onun aksiyaçılar qarşısında Yanukoviçin devrilməsində siyasilər və diplomatlar deyil, məhz onların əsas rol oynaması fikirini bildirməsi yaxın vaxtlarda Ukrayna daxilində ciddi qarşıdurmalardan xəbər verdı. "Hörüklü xanım" bunula böyük əmək sərf etmiş, hətta bəzi hallarda həyatını təhlükəyə atmış prezidentliyə real namizəd Vitali Kliçkoya evin əsl sahibinin kim olması barədə mesaj göndərdi.

Təbii ki, bu siyasi intriqalara meydan olan Maydan artıq əvvəlki "demokratiya meydanı" anlamından çoxdan çıxıb. Maydan – Avropa ilə Rusiyanın savaş meydanıdır və nə təəssüf ki, bu siyasi meydan artıq qana boyanıb.

Rusiya heç vaxt, heç yerdən qansız ayrılmır. Arzu edək ki, illər öncə Bakıdan və Tiflisdən qanla ayrılan Moskva bu dəfə 82 ölümlə kifayətlənəcək; arzu edək ki, qanla ayrıldığı yerlərdə Qarabağ və Osetiya-Abxaziya kimi "qan çanaqları" saxlayan Rusiya Krımı bu ölkəyə "ölüm minası" kimi buraxmayacaq.

Bu, arzudur sadəcə - reallıq isə arzulara uyğun gəlmir.

Tarix
2014.02.23 / 21:22
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

ATƏT-dən şok xəbər: ”12 min kazak Donbasa yollanır”

“Küçələrə çıxanlar SSRİ-ni dağıdan çürümüş ziyalılardır” – Video

Putin Kiyevi, sonra Baltikyanını tutacaq - Video

Çubays: ”Putin rejimi SSRİ-nin ən pis formasıdır”

Moldovada inanılmaz yol faciəsi - Video

Cənub Qaz Dəhlizinin açılış mərasimi “Mir”də

Azərbaycanlı polkovnikin adı Ukraynada əbədiləşdirildi

Polşadan cavab: “İki günə Kalininqradı alarıq"

Putin: "Sanksiyalar təməl prinsiplərə ziddir” – Video

Qaribaşvili: “Azərbaycan regionda əvəzsiz rola malikdir” – Foto/Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla