Yuxarı

Bakıda atışma: rəis müavini yaralı, 1 ölü - Foto/Yenilənib (5)

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda polis və naməlum şəxlər arasında atışma baş verib.

Məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu rayonundakı 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməkdaşı ağır yaralanıb. Bir nəfər isə öldürülüb. Öldürülən şəxsin Suraxanı rayon polis idarəsinin rəis müavini Akif Nəzərovun oğlu olduğu bildirilir. Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil ("Qafqazinfo").

***

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi Musabəyov küçəsində qeydə alınıb.

Qonşular arasında düşən dava daha sonra silahlı insidentə çevrilib. Nəticədə 1955-ci il təvəllüdlü Akif Nəriman oğlu Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev və 1990-cı il təvəllüdlü Fərid Bəxtiyar oğlu Qədirov güllə xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

F.Qədirov aldığı güllə xəsarətlərindən xəstəxanada ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırırlar.

Qeyd edək ki, hadisə nəticəsində yaralanmış Akif Nəzərov Suraxanı rayon Polis İdarəsində rəis müavini, onun oğlu Asif Nəzərov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışır.

***

"Axar.az"ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, qonşular arasında dava torpaq üstündə düşüb.

Belə ki, məktəbin stadionunda xeyir-şər evi tikmək istəyən Gülağa adlı şəxsə məhəllədə yaşayan rəis müavini Akif Nəzərov və qonşular razılıq verməyib. Buna baxmayaraq, Gülağa həmin əraziyə mişar daşı töküb. Bazar günü olmasından istifadə edən (işdə olmadığından) Akif Nəzərov oğlu və bir neçə gənc qonşusu ilə birgə mişar daşlarını ərazidən təmizləyib, stadionun kənarlarına yığıb. Bu vaxt əraziyə gələn Gülağa niyə belə etdiklərini soruşub. Akif Nəzərov isə qanunsuzluq etdiyini onun nəzərinə çatdıraraq, çıxıb getməsini istəyib.

Gülağa evinə gedib, maşınıyla və ov tüfəngi ilə qayıdıb, stadionu təmizləyənləri atəşə tutub. Nəticədə Akif və Asif Nəzərovlar da daxil olmaqla 4 nəfər yaralanıb, bir nəfər ölüb.

F.Qədirovun Gülağanın açdığı atəşdən öldüyü bildirilir.

Məktəbin stadionunun F.Qədirovun evinin qarşısına düşdüyü və buna görə də mübahisə subyektinə çevrildiyi də qeyd olunur.

***

22:45

Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun hadisə baş verən vaxt idman geyimində olduğu, tabel silahının üstündə olmadığı deyilir. Gülağanın isə bu məhəllədə deyil, qonşu məhəllədə yaşadığı qeyd olunur.

Gülağanın açdığı atəş nəticəsində ölən Fərid Qədirov Milli Aviasiya Akademiyasını bitirib, Beynəlxalq Aeroportda mühəndis işləyirmiş. İki qardaşdılar. Uşaqkən atasını itirən və anasının himayəsində böyüyən Fərid ailəlidir, iki övladı var.

Gülağa atəş açdıqdan sonra maşına minərək, hadisə yerindən qaçıb.

11:45

Hadisəyə səbəb olan torpaq sahəsinin fotoları:

Tarix
2014.02.23 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla