Ana səhifə Gündəm |
Fevralın 23-də Bakının Yasamal rayonundakı 173 nömrəli orta məktəbin qarşısında "Sovetski"nin sökülməsi ilə bağlı keçirilməsi planlaşdırılan aksiya təxirə salındı.
Qeyd edək ki, aksiyanı "Sovetski"də yaşayan gənclərin keçirəcəyi planlaşdırılmışdı.
Saat 12-ə təyin olunan aksiya ilə bağlı ərazidə mülkü geyimli polislər gözə çarpırdı. Aksiya iştirakçıları isə ara məhəllələrdə gözləyirdilər. Təxminən yarım saat sonra aksiya təşkilatçılarından xəbər gəldi ki, "Sovetski" ağsaqqalları gənclərin aksiya keçirməyini istəməyiblər. Onlar hökumətə martın 3-nə kimi vaxt verildiyini və indiki vəziyyətdə aksiya keçirməyin yersiz olduğunu bildiriblər.
Qeyd edək ki, "Sovetski"də sakinlərə kompensasiyanın verilməsi dayandırılıb. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, martın 3-də sakinlərlə yenidən görüş olacaq, bütün təkliflərə, vətəndaşların qaldırdıqları məsələlərə ətraflı izah və cavab veriləcək. İcra başçısı bildirib ki, kimsə kompensasiyanın məbləğindən narazıdırsa, evində yaşamağa davam edə bilər ("Musavat.com").
Tarix
2014.02.23 / 15:13
|
Müəllif
Axar.az
|