Yuxarı

Baş nazir Ərdoğana aid yeni səs yazısı yayıldı - Stenoqram

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən səs yazısı yayımlanıb.

"Axar.az" xəbər verir ki, bu barədə "Haberler.com" saytı informasiya yayıb.

Səs yazısında Baş nazir Ərdoğan "Cinər Yayım Holdinq"inin rəhbəri Fatih Saracdan Saba Tümerin Yaşar Nuri Öztürk ilə apardığı proqramın dayandırılmasını istəyir.

İddiaya görə Baş nazir Yaşar Nuri Öztürkün hökumətə aid ifadələr işlətməsindən narahat olur və telefon ilə Fatih Saracla əlaqə saxlayaraq proqramın dərhal dayandırılmasını istəyir. Fatih Sarac Baş nazirə müsbət cavab verir.

Baş nazir Ərdoğanla Fatih Sarac arasında keçən səs yazısını təqdim edirik.

Baş nazir Ərdoğan: Vaxtın varmı?

Fatih: Buyrun, əfəndim

Baş nazir Ərdoğan: Yanında kimsə varmı?

Fatih: Qapıları bağlayıram, indi yoxdu, əfəndim.

Baş nazir Ərdoğan: Bu "Show" TV-də Yaşar Nuriyi dinləyirsinizmi?

Fatih: O qurtardı əfəndim. Bu gün Nihat Hatipoğluyla bu barədə danışacam.

Baş nazir Ərdoğan: Hə, get. Bir az əvvəl onu dinlədim...

Fatih: Xeyr, elə deyil.

Baş nazir Ərdoğan: Bizə qarşı nə təhqirlər edirlər.

Fatih: Hörmətli Baş nazirim qəti belə bir şey yoxdur, hətta bunu dedim, bitirin proqramı...

Baş nazir Ərdoğan: Guya xalqa biz seçkidən əvvəl kömür, düyü paylayırıq və biz belə...

Fatih: Yaxşı.

Baş nazir Ərdoğan: Bilmirəm nə edirik, xalqa qışqırırıq və s.

Fatih: Hal-hazırda qurtardı əfəndim. Hər şey aydın oldu. Çox təəssüf edirəm, əfəndim.

Baş nazir Ərdoğan: İşdən kənarlaşdırdığınız qadın orda proqram aparır.

Fatih: Çox üzr istəyirəm, əfəndim. Sizi üzdüyüm üçün bağışlayın.

Tarix
2014.02.23 / 11:40
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla