Yuxarı

Bakıda bir gecədə 6 zəhərlənmə hadisəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 6 nəfər dəm qazından zəhərlənib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 3-ü qadın, 3-ü kişi olmaqla 6 nəfər ötən gün gecə saatlarında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxslərdən 4-nün vəziyyəti ağır olduğu üçün 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilib. Digər zəhərlənən şəxslərə isə yerindəcə tibbi yardım göstərilib. Həkimlər xəstələrin vəziyyətinin normallaşdığını bildirirlər. Stansiyadan bildiriblər ki, ən çox dəm qazından zəhərlənmə halları Suraxanı, Qaradağ və Binəqədi rayonlarının ərazisində qeydə alınıb.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənmə nəticəsində Gəncə şəhər sakini Gülgəz Hüseynova dünyasını dəyişib. Bundan başqa, Sumqayıt şəhəri Köhnə Corat qəsəbə sakini Könül Ağayeva, Samux rayon sakini Saləddin Tağıyev dəm qazından zəhərləniblər. ANS)

Tarix
2014.02.23 / 10:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla