Ana səhifə Planet |
ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, telefon zəngi vasitəsi ilə Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflərin müzakirəsinin əsas hədəfi Ukraynada insanlara qarşı tətbiq edilən zorakılığın dayandırılması olub. Tərəflər Ukraynadakı son hadisələrin qiymətləndirilməsi zamanı yeni təyin edilən spiker Aleksandr Turçinovun ölkədə sabitliyin bərqarar olunmasına müsbət təsir edəcəyini vurğulayıblar.
Kerri və Lavrov Ukraynada tezliklə konstitutsiya islahatlarının, koalisiya hökümətinin və vaxtındap əvvəl prezident seçkilərinin keçirilməli olduğu barəsində razılığa gəliblər.
Lavrov danışıqlar zamanı qeyd edib ki, müxalifət liderlərinin səhlənkarlığı nəticəsində Ukraynada ekstremist qüvvələrin qanunsuz silahlanması halları artıb. Onun fikrincə Ali Rada tezliklə iclas keçirib ölkədəki qanunsuz halların qarşısını almalıdır. (ANS)
Tarix
2014.02.23 / 10:32
|
Müəllif
Axar.az
|