Yuxarı

Adil Əliyev Ziya Məmmədovun qardaşı oğluna qarşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur".

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev öz şəxsi "Facebook" səhifəsində yazıb.

Həmin statusu təqdim edirik: "Son günlər dostlardan, tanışlardan, jurnalistlərdən mənə xeyli zəng gəlib. Hamısı da eyni sualı verir: 23 fevralda Bakıdakı kikboksinq turnirini kim keçirir?

Bir daha rəsmən bəyan edirəm: "K-1" döyüş növü üzrə dünya "Qran-pri" yarışları guppultulu adı verilən qondarma turnirin Azərbaycan Kikboksinq Federasiyası ilə heç bir bağlılığı yoxdur. Nə federasiya, nə də federasiya nəzdindəki idmançılar bu turnirdə iştirak etməyəcəklər. Birincisi, bizi məramı və hədəfi bəlli olmayan turnirə nə dəvət edən, nə də bizimlə məsləhətləşən olub. Deputat həmkarım Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi turnir nə etik çərçivələrə, nə də müvafiq qanunlarımıza uyğundur. Bu ona bənzəyir ki, kimsə yeni yaradılan Qolf Federasiyasının icazəsini və rəyini nəzərə almadan Bakıda hansısa qolf turniri keçirir. Görəsən, Qolf Federasiyasının rəhbərliyinin həmin qondarma turnirə münasibəti necə olar? İndi də kimlərsə şayiə yayır ki, guya Kikboksinq Federasiyası 23 fevralda adı çəkilən turniri pozmağa çalışacaq. Bu, böhtan, təxribat xarakterli iddiadır, Kikboksinq Federasiyasına qarşı qarayaxmadır. Bir daha xatırladıram ki, bəzilərindən fərqli olaraq Kikboksinq Federasiyası Azərbaycan qanunlarına tabedir, o cümlədən beynəlxalq idman qaydalarına riayət edir. Biz Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstəririk, başqalarını da qanunlarımıza riayət etməyə çağırırıq. İdman və Gənclər Nazirliyi kikboksinq yarışlarını keçirməyi bizə həvalə edib. Federasiyamızın nəzdində 100-ə yaxın klub var və biz bu klubların fəaliyyətinə nəzarət edir, onlara hər cür dəstək veririk. Bu klublar Federasiyanın bayrağı altında turnirlər təşkil edirlər. Buna görə də həmin klublar Federasiyanın qaydalarına tabedirlər. Başqa idman federasiyaları və onların çoxsaylı klubları da məhz bu şəkildə fəaliyyət göstərir, nizam-intizama tabe olurlar. Bu, bir turnirlik iş deyil, sistemli fəaliyyətdir.

Məqsədimiz Azərbaycanda kikboksinq idman növünü populyarlaşdırmaq, gəncləri sağlam həyata sövq etmək, o cümlədən rəsmi statusu olan ciddi beynəlxalq turnirlərdə mükafatlar qazanaraq Azərbaycanın bayrağını ucaltmaqdır. Federasiyanın uğurları göz qabağındadır. Onu da xatırlatmağı lazım bilirəm ki, 1992-1993-cü illərdən fəaliyyət göstərən Kikboksinq Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Buna görə də kimsə bizim məsləhətimiz olmadan, özbaşına kikboksinqin "k-1" versiyası üzrə hansısa turnir keçirirsə, bununla Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirir. Bu yolla dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə də kölgə salmağa təşəbbüs göstərirlər.

Turnirin 23 fevralda keçirilməsi daha bir ciddi sual yaradır: Dövlətimiz ölkədə və beynəlxalq aləmdə Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşarkən, matəm tədbirləri planlaşdırarkən, belə bir ərəfədə Bakıda turnir təşkil etmək, başqa ölkələrdən qonaqlar dəvət edərək, deyib-gülmək, qaliblərə əl çalmaq, ardınca da gurultulu mərasim keçirmək və buna böyük pullar xərcləmək hansı məntiqə sığar? Yaxşı olmazdımı həmin pulları mənasız turnirə deyil, xalqımızın acı gününün beynəlxalq aləmdə tanıtdırılmasına xərcləyərdiniz? Göründüyü kimi, suallarımız çoxdur, icazəsiz turnir keçirənlərdən isə indiyə qədər məntiqli cavab almamışam ("Qafqazinfo").

Nə isə Allah xeyir versin..."

Tarix
2014.02.23 / 00:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla