Yuxarı

“Ukrayna xalqı Rusiyaya qalib gəldi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə bəzi müzakirələrə BAXCP reaksiya verib.

"Axar.az"a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, Ukraynada baş verən hadisələrə sevinmək üçün heç bir əsas yoxdur: "Azərbaycanın radıkal müxalifəti təmsil edənlər sosial şəbəkədə yazırlar ki, Ukraynada baş verən hadisələr Azərbaycanda ola bilərmi? Ukrayna bir neçə gün müddətində vətəndaş müharibəsi yaşadı: 82 ölüm və 603 yaralı. Kiyevin mərkəzi müharibə meydanını xatırladır, Ukrayna tam bir siyasi və iqtisadi böhrana girdi. Belə vəziyyətdən ölkənin necə çıxacağı sual altındadır. Buna hansı əlamətinə görə sevinmək olar".

BAXCP sədrinin müavini daha sonra hakimiyyətin yanlıç siyasətinə də diqqət çəkib: "Ukraynada Qərb və Rusiya toqquşdu, belə vəziyyətdə Ukrayna hakimiyyətinin tutduğu yanlış siyasət xarici güclərin istəyinə rəvac Verdi. Bizim radikallar başa düşmür ki, Ukrayna müxalifətinə rəhbərlik edən şəxslər Ukraynanın milli maraqlarını qorumaq üçün bu addımı atdılar, Rusiyanın maraqlarına xidmət edən və etmək istəyən Yanikoviç hakmiyyəti ilə mübarizə aparırdılar. Bu həm də o demək idi ki, birbaşa Rusiya ilə savaşırıdılar. Bu gün Ukrayna xalqı həm də Rusiyaya qalıb gəldi. Ancaq Azərbaycanın radikal müxalifətini təmsil edən şəxslər 2013-cü ildə Rusiyanın layihəsi olan "Milli Şura"da təmsil olunaraq Azərbaycanın milli maraqlarna zərbə vurdular. İndi siz kimi təbrik edirsiniz?! Ukraynada Rusiya məğlub olub! Rusiyanın layihəsinə dəstək verənlər məncə buna sevinməməlidir, axı!

Tarix
2014.02.23 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla