Yuxarı

Jurnalistlər BDU-ya niyə buraxılmır? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində vəziyyət yenidən gərginləşib.

Tələbələrin "Axar.az"a verdiyi məlumata görə, universitetə girmək mümkün deyil. Mühafizəçilər universitetin həyətinə gedən kütləvi yolları bağlayıb. Universitet tələbələrini yalnız bir qapıdanm tələbə biletlərini yoxlayaraq buraxırlar.

Bildirilir ki, bu addımın atılmağının əsas səbəbi jurnalistlərin BDU-ya daxil olmasının qarşısını almaqdır. Tələbələr deyir ki, universitetdə olan hadisələrin foto və videolarının çəkilməsini rektorluq istəmir və qadağa onunla bağlıdır.

BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirdi ki, belə bir qadağa olmasa da, jurnalistlərin şənbə günü universitetə gəlməklərini başa düşmür:

"Jurnalistlər BDU-ya niyə gəlib ki? Bilmirlər ki, şənbə günü universtitetdə iş günü deyil? Həftənin başqa günlərində gəlsələr, onları həyətə buraxacaqlar. Universitet rəhbərliyinin jurnalistləri həyətə buraxılmaması ilə bağlı isə heç bir göstərişi yoxdur".

Tarix
2014.02.22 / 15:44
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla