Ana səhifə Planet |
Rusiyanın Avrasiya ideyası ilə bağlı Ukraynada apardığı təbliğat məsələləri uğursuzluğa düçar oldu, dəfn edildi.
"Axar.az"ın məlumatına görə, bu sözləri hakim Regionlar Partiyasının Ali Radadakı təmsilçisi, rusmeyilli deputat Oleq Çaryov bildirib. O, Rusiyanın öz siyasi məqsədlərinə çatmaq üçün Ukraynadakı rusdilli əhalidən daimi deyil, müvəqqəti yararlandığını dilə gətirib:
"20 ildən çoxdur ki, qeyri-hökumət təşkilatlarında işləyirəm. Görün Rusiya nə qədər pis işləyib... Düz 10 milyon nəfərə qədər rusdilli əhalinin müqabilində bu gün ruslar Ukraynaya "Gömrük İttifaqına qoşulun" fikrini səsləndirə bilmirlər. Təəssüf, Rusiyanın Ukraynaya təsiri sıfra enib. Bunun üçün ruslar nə güc sərf etdi, nə də vəsait ayırdı. Məsələn, Avropa İttifaqının büdcə sənədində qurumun təbliğatı üçün xüsusi bir bənd var, Gömrük İttifaqında isə yoxdur. Ruslar ehtiyat edir ki, onların barəsində xoş olmayan fikirlər səsləndirilər. Mən isə bunun tam əksini düşünürəm: qorxmayın, qoy desinlər, onda həm də Rusiyanın gücü ilə hesablaşacaqlar".
Tarix
2014.02.22 / 09:00
|
Müəllif
Ruslan Məmmədoğlu
|